Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının Baş katibi Kənan Qurbanov CBC televiziyasının qonağı olub

26 Noyabr 2026 - 17:15

Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının Baş katibi Kənan Qurbanov CBC televiziyasının qonağı olub. Verlişdə baş katib “Nəqliyyat yolları azərbaycanda kəsişir” mövzusunda ətraflı və geniş fikir mübadiləsi aparıb.

ABADA-nın Baş katibi Kənan Qurbanov CBC televiziya kanalında ölkəmizin tranzit potensialından danışıb
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) Baş katibi Kənan Qurbanov CBC televiziya kanalının qonağı olub.
Verilişdə “Nəqliyyat yolları Azərbaycanda kəsişir” mövzusu ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərindəki strateji rolu, tranzit daşımalarının artan dinamikası və beynəlxalq avtomobil daşımaları sahəsində həyata keçirilən islahatlar diqqət mərkəzində olub.
Baş katib Kənan Qurbanov çıxışında yerli daşıyıcıların rəqabət qabiliyyətinin artırılması, beynəlxalq bazara çıxış imkanlarının genişləndirilməsi və bu istiqamətdə ABADA-nın gördüyü işlər barədə ətraflı məlumat verib.

Ətraflı linkdə: https://www.youtube.com/watch?v=VqPMKwscdEo