Hörmətli sahibkarlar, hər vaxtınız xeyir.
Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 9 iyun 2026-cı il tarixli Fərmanına əsasən “İxrac daşıma dəstəyi” ilə əlaqədar növbəti həftənin əvvəli məlumatlanlandırıcı onlayn görüşün həyata keçirilməsi nəzərdə tutulur. Görüşdə mexanizmin əhatə dairəsi, müraciətlərin edilmə qaydaları və digər zəruri məlumatlar təqdim ediləcəkdir.
Qeyd: Görüşdə hər şirkət üzrə maksimum 2 nümayəndə iştirak edə bilər.
Görüşün vaxtı və linki qeydiyyatdan keçmiş şəxslərin elektron poçt ünvanına göndəriləcəkdir.
Görüşdə iştirak etmək üçün aşağıdakı linkdən qeydiyyatdan keçməyinizi xahiş edirik:
https://forms.cloud.microsoft/r/0ZPMdwVEdR