ABADA üzvlüyünə qəbul şərtləri

Hüquqi şəxslərin ABADA-nın üzvlüyünə

daxil olunmasının və

BYD (TIR) sisteminə buraxılışın əsas şərtləri

 

  1. Hüquqi şəxs  ABADA-ya aşağıdakı sənədləri təqdim etməlidir:
  • ABADA-nın üzvlüyünə daxil olmaq barədə və BYD (TIR) əməlliyyatında pozuntularla bağlı bütün gömrük iddialarına  görə təşkilatın əmlakı ilə cavab verilməsini göstərən  ƏRİZƏ.
  • Təşkilatın təsdiq edilmiş NİZAMNAMƏSİNİN SURƏTİ
  • DÖVLƏT QEYDİYYATINI TƏSDİQ EDƏN SƏNƏDLƏRİN SURƏTLƏRİ
  • Vergi idarəsinə verdiyi barədə qeydiyyatı olan mühasibat BALANSININ (illik yaxud kvartallıq) surəti
  • Marka və dövlət nömrəsini göstərməklə AVTONƏQLİYYAT VASİTƏLƏRİNİN (avtomobil, qoşqu, yarımqoşqu) SİYAHISI
  • AVTONƏQLİYYAT VASİTƏLƏRİNİN  DÖVLƏT QEYDİYYATI HAQQINDA ŞƏHADƏTNAMƏLƏRİN SURƏTLƏRİ
  • Təyin edilmiş formada BYD (TIR) sisteminə buraxılış SİFARİŞI
  • Təşkilatın tam adını, ünvanını, telefon, faks nömrələrini və vergi idarəsindən verilən identifikasiya kodunu göstərən 70x20 mm ölçüdə dördkünclü ŞTAMP (ingilis dilində)
  • Gömrük möhürləri və plombları ilə yüklərin daşınmasına yol nəqliyyat vasitəsinin BURAXILIŞI haqqında ŞƏHADƏTNAMƏLƏRİN surətləri
  • BYD (TIR) kitabçalarının alınmasına və qaytarılmasına cavab verən şəxsin təyin edilməsi haqqında ƏMRİN SURƏTİ. Əmrdə cavabdeh şəxsin pasport göstəriçikləri qeyd olunmalıdır
  • Hüquqi şəxs  2600 MANAT  məbləğində üzvlüyə daxil olunma haqqı ödəməlidir

Hüqüqi şəxs, Dövlət Gömrük Komitəsindən BYD sisteminə buraxılış haqqında icazəni alandan sonra, ABADA-ya BYD sisteminə buraxılış təminatını depozit şəkildə təqdim etməlidir

BYD sisteminə buraxılışı üçün Assosiasiyaya 5000 USD məsuliyyət təminatını ödəməli və yaxud təyin edilmiş qaydada məsuliyyətin sığortası şəhadətnaməsini təqdim etməlidir.

BANİ-nin Təlimatına əsasən ABADA, BYD sistemindən istifadə edilən AVTOMOBILLƏRIN SAYINDAN ASILI OLARAQ, DAHA YÜKSƏK DEPOZIT MƏBLƏĞI HÜQÜQI ŞƏXSDƏN TƏLƏB EDƏ BILƏR

  • Hüquqi şəxsin  ödəmələr üzrə BÜDCƏYƏ BORCU OLMAMASI BARƏDƏ vergi orqanından ARAYIŞ (6 aydan sonra)
  • Beynəlxalq avtomobil daşimalarında 6 AYLIQ İŞ TƏCRÜBƏSİNİ təstiq edən sənədlər (CMR-lərin surəti)
  • Təşkilatın cavabdeh şəxsi və sürücüləri ABADA-nın nəzdində olan Tədris Kurslarında beynəlxalq yük avtomobil daşımalarında BYD kitabçalarının tədbiqi qaydaları üzrə təhsil almalıdırlar.
  1. ABADA hüquqi şəxsə  aşağıdakı sənədləri təqdim edir:
  • ABADA ilə hüquqi şəxs  arasında müqavilə – 2 nüsxə
  • Öhdəlik-bəyannamə – 2 nüsxə
  • Sahib üçün Təlimatlar Toplusu - 1 nüsxə (qəbzlə verilir).

Yuxarıda göstərilən sənədlər hüquqi şəxs tərəfindən imzalanır,  möhürlə təsdiq edilir və onların bir nüsxəsi ABADA-ya qaytarılır.

BYD (TIR) Konvensiyasının tələblərinə müvafiq olaraq hüquqi şəxs haqqında məlumat yoxlama keçirmək üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə (DGK) təqdim edilir.  

DGK-dən icazə alınandan sonra ABADA hüquqi şəxsin  BYD (TIR) sisteminə buraxılışını rəsmiləşdirir.