CMR-in düzgün doldurulması
BEYNƏLXALQ ƏMTƏƏ - NƏQLİYYAT QAİMƏSİNİN (CMR) TƏTBİQİ ÜZRƏ
SÜRÜCÜNÜN YADDAŞ VƏRƏQƏSİ
- Beynəlxalq əmtəə - nəqliyyat qaiməsinin (CMR) hər bir bəndinin məzmunu ilə diqqətlə tanış olun.
- Lazımi yoxlamalar aparandan sonra qaimənin 18-ci bəndində mülahizələrinizi qeyd edin:
Avtonəqliyyat vasitəsi üzrə
1. Avtomobil çadırsızdır və bu yük göndərənlə razılaşdırılıb;
Qablaşma üzrə
2. Yük qablaşdırılmayıb;
3. Qablaşma zədələnib;
4. Qablaşma tələblərə cavab vermir;
Yük yerlərin sayı, nişanlanması üzrə
5. Aşağıdakı səbəbə görə yoxlamaq mümkün deyil:
- yükləməni göndərən yerinə yetirib;
- hava şəraiti ilə əlaqədar;
- yük yerlərinin sayının çox olduğundan;
- konteyner möhürlənib;
Qəbul olunmuş yüklər üzrə
6. yük açıq-aydın pis vəziyyətdədir;
7. Yük zədələnib;
8. Yük isladılıb;
9. Yük dondurulub;
10. Yük hava şəraitindən qorunmayıb və belə vəziyyətdə yük göndərənin məsuliyyəti altında daşınılır;
Yükün hazır şəklə salınması, yüklənməsi, qorunması, boşaldılması üzrə
Yükün hazır şəklə salınmasını, yüklənməsini, qorunmasını yerinə yetirir:
11. Yük göndərən;
12. Sürücü (yük göndərənin tələbi ilə, yükün zədələnməsinə səbəb ola bilən atmosfer şəraitində);
Boşaldılmanı yerinə yetirir:
13. Yük alan;
14. Sürücü (yük göndərənin tələbi ilə, yükün zədələnməsinə səbəb ola bilən
atmosfer şəraitində).
III. Daşımanın yerinə yetirilməsinə ancaq o zaman başlayın ki, yük göndərən beynəlxalq əmtəə-nəqliyyat qaiməsini imzalayıb.
Əks təqdirdə öz nümayəndəniz ilə əlaqəyə girin ya da daşımanı yerinə yetirməkdən imtina edin.