Daşıma qaydaları

Fəsil XV. Yol vergisi

Maddə 209. Vergi ödəyiciləri

Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşınması üçün istifadə edən avtonəqliyyat vasitələrinin sahibləri olan qeyri-rezident Azərbaycan Respublikasının ərazisindən tranzit keçən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin sahibləri və ya həmin nəqliyyat vasitəsini idarə edən şəxslər, habelə Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı və ya idxalı ilə məşğul olan şəxslər yol vergisinin ödəyiciləridir.

Maddə 210. Vergitutma obyekti

Azərbaycan Respublikasının ərazisinə daxil olan, Azərbaycan Respublikasının ərazisindən tranzit keçən və Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı olan xarici dövlətlərin dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri, habelə Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qaz yol vergisinin vergitutma obyektidir.

Maddə 211. Yol vergisinin dərəcələri

211.1. Avtonəqliyyat vasitələrinin növündən, mühərriklərinin həcmindən, Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən oturacaqlarının sayından, oxların sayından və avtonəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisindən, Azərbaycan Respublikası ərazisində qət edilən məsafədən, təhlükəli yüklərin daşınmasından asılı olaraq Azərbaycan Respublikasının ərazisinə daxil olan və Azərbaycan Respublikasının ərazisini tərk edən xarici dövlətlərin dövlətlərdə qeydiyyatda avtonəqliyyat vasitələrindən, habelə Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi aşağıdakı dərəcələrlə hesablanır:

211.1. Avtonəqliyyat vasitələrinin növündən, mühərriklərinin həcmindən, Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən, oturacaqlarının sayından, oxlarının sayından və avtonəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisindən, Azərbaycan Respublikası ərazisində qət edilən məsafədən asılı olaraq Azərbaycan Respublikasının ərazisinə daxil olan, Azərbaycan Respublikasının ərazisindən tranzit keçən və Azərbaycan Respublikasının ərazisini tərk edən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrindən, habelə Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi aşağıdakı dərəcələrlə hesablanır:

211.1.1. Azərbaycan Respublikasının ərazisinə daxil olan, Azərbaycan Respublikasının ərazisindən tranzit keçən və bu Məcəllənin 211.1.1-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda xarici dövlətlərin avtomobil nəqliyyatı vasitələrindən:

211.1.1.1. minik avtomobilləri üçün mühərriklərinin həcmindən və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq:

Ölkə ərazisində qaldığı müddət

Mühərrikin həcmi 2000 kub santimetrədək olduqda

Mühərrikin həcmi 2000 kub santimetrdən 4000 kub santimetrədək olduqda

Mühərrikin həcmi 4000 kub santimetrdən çox olduqda

1 aya qədər

15 ABŞ dolları

20 ABŞ dolları

40 ABŞ dolları

3 aya qədər

30 ABŞ dolları

40 ABŞ dolları

60 ABŞ dolları

1 ilə qədər

40 ABŞ dolları

80 ABŞ dolları

120 ABŞ dolları

1 ildən yuxarı

40 ABŞ dolları + 1 ildən artıq qalan hər gün üçün 0,5 ABŞ dolları

80 ABŞ dolları + 1 ildən artıq qalan hər gün üçün 0,6 ABŞ dolları

120 ABŞ dolları + 1 ildən artıq qalan hər gün üçün 1,2 ABŞ dolları

211.1.1.2. avtobuslar üçün oturacaq yerlərinin sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq:

Ölkə ərazisində qaldığı müddət

Oturacaq yerlərinin sayı 12-dək olanda

Oturacaq yerlərinin sayı 13-dən 30-dək olanda

Oturacaq yerlərinin sayı 31 və çox olanda

1 gün üçün

15 ABŞ dolları

20 ABŞ dolları

25 ABŞ dolları

1 həftəyədək

30 ABŞ dolları

40 ABŞ dolları

50 ABŞ dolları

1 aya qədər

100 ABŞ dolları

140 ABŞ dolları

175 ABŞ dolları

3 aya qədər

300 ABŞ dolları

400 ABŞ dolları

500 ABŞ dolları

1 ilə qədər

1050 ABŞ dolları

1400 ABŞ dolları

1750 ABŞ dolları

1 ildən yuxarı

1050 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 12 ABŞ dolları

1400 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 15 ABŞ dolları

1750 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 20 ABŞ dolları

211.1.1.3. yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri üçün oxların sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq:

Ölkə ərazisində qaldığı müddət

4 (dörd) oxa qədər olanda

4 (dörd) ox və çox olanda

1 gün üçün

20 ABŞ dolları

30 ABŞ dolları

2 həftəyədək

40 ABŞ dolları

80 ABŞ dolları

1 aya qədər

140 ABŞ dolları

280 ABŞ dolları

3 aya qədər

400 ABŞ dolları

800 ABŞ dolları

1 ilə qədər

1400 ABŞ dolları

2800 ABŞ dolları

1 ildən yuxarı

1400 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 15 ABŞ dolları

2800 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 30 ABŞ dolları

211.1.1.4. Azərbaycan Respublikasının ərazisinə daxil olan və bəyan edilmiş müddətdən artıq ölkə ərazisində qalan xarici dövlətlərin avtonəqliyyat vasitələri üçün Azərbaycan Respublikasının ərazisini tərk edən zaman ölkə ərazisində artıq qaldığı müddətdən asılı olaraq ödənilməli olan yol vergisinin yekun məbləği bu Məcəllənin 211.1.1.1-ci, 211.1.1.2-ci və 211.1.1.3-cü maddələrinə uyğun olaraq hesablanmış yol vergisinin məbləğindən ölkə ərazisinə daxil olarkən ödənilmiş yol vergisinin məbləği çıxılmaqla hesablanır.

211.1.1.5. Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında qüvvədə olan beynəlxalq avtomobil əlaqələri haqqında hökumətlərarası sazişlərə əsasən kvotalar çərçvəsində mübadilə edilmiş «İcazə» blankları ilə Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici ölkələrin avtonəqliyyat vasitələri üçün yol vergisi ödəmələrində azadolmalar nəzərdə tutulduğu hallarda daxil olduqları andan 30 gün sonra ölkədə əlavə qaldıqları müddətdən asılı olaraq, bu Məcəllənin 211.1.1.2-ci və 211.1.1.3-cü maddələrinə uyğun olaraq yol vergisinə cəlb edilirlər.

211.1.2. Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinin topdansatış qiymətinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır. İdxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin onların hər litrinin topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinə (ƏDV və aksiz daxil olmaqla) 0,02 manat əlavə edilməklə hesablanır.

211.2. Bu Məcəllənin 211.1.1.3-cü maddəsində göstərilən verginin məbləği ağır çəkili avtonəqliyyat vasitələri ilə yüklərin daşınmasına görə Azərbaycan Respublikasının ərazisində qət edilən yolun hər kilometri üçün aşağıdakı qədər artırılır:

211.2.1. nəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi:

37 tondan 41 tonadək olduqda — 0,15 ABŞ dolları;

41 tondan 51 tonadək olduqda — 0,30 ABŞ dolları;

51 tondan 61 tonadək olduqda — 0,45 ABŞ dolları;

61 tondan 71 tonadək olduqda — 0,60 ABŞ dolları;

71 tondan 81 tonadək olduqda — 0,75 ABŞ dolları;

81 tondan çox olduqda — 1,8 ABŞ dolları;

211.2.2. oxa düşən maksimum mümkün ağırlıq oxarası məsafəyə uyğun normativ həddən:

20 faizədək olduqda — 0,5 ABŞ dolları;

20 faizdən 50 faizədək olduqda — 1 ABŞ dolları;

50 faizdən 70 faizədək olduqda — 2 ABŞ dolları.

211.3. Təhlükəli yüklərin daşınmasına görə bu Məcəllənin 211.1.1.3-cü maddəsində göstərilən verginin məbləği aşağıdakı qədər artırılır:

Ölkə ərazisində qaldığı müddət

4 oxa qədər olduqda

4 ox və çox olduqda

az təhlükəli yüklər üçün

təhlükəli yüklər üçün

xüsusi təhlükəli yüklər üçün

az təhlükəli yüklər üçün

təhlükəli yüklər üçün

xüsusi təhlükəli yüklər üçün

1 gün üçün

20 ABŞ dolları

40 ABŞ dolları

80 ABŞ dolları

30 ABŞ dolları

60 ABŞ dolları

120 ABŞ dolları

2 həftəyədək

40 ABŞ dolları

80 ABŞ dolları

160 ABŞ dolları

80 ABŞ dolları

160 ABŞ dolları

320 ABŞ dolları

1 aya qədər

140 ABŞ dolları

280 ABŞ dolları

560 ABŞ dolları

280 ABŞ dolları

560 ABŞ dolları

1120 ABŞ dolları

3 aya qədər

400 ABŞ dolları

800 ABŞ dolları

1600 ABŞ dolları

800 ABŞ dolları

1600 ABŞ dolları

3200 ABŞ dolları

1 ilə qədər

1400 ABŞ dolları

2800 ABŞ dolları

5600 ABŞ dolları

2800 ABŞ dolları

5600 ABŞ dolları

11200 ABŞ dolları

1 ildən yuxarı

1400 ABŞ dolları +1 ildən artıq qaldığı hər gün üçün 15 ABŞ dolları

2800 ABŞ dolları +1 ildən artıq qaldığı hər gün üçün 30 ABŞ dolları

5600 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 60 ABŞ dolları

2800 ABŞ dolları +1 ildən artıq qaldığı hər gün üçün 30 ABŞ dolları

5600 ABŞ dolları +1 ildən artıq qaldığı hər gün üçün 60 ABŞ dolları

11200 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 120 ABŞ dolları

211.5. Azərbaycan Respublikasının ərazisində qalma müddətindən asılı olaraq bu Məcəllənin 211.1.2-ci və 211.1.3-cü maddələrində göstərilən avtonəqliyyat vasitələri üzrə bu Məcəllənin 211.1.2, 211.1.3 və 211.4-cü maddələrinə uyğun olaraq hesablanmış verginin məbləği hər gün üçün aşağıdakı qədər artırılır:

2 gündən 7 günədək — 20 faiz;

7 gündən 30 günədək — 30 faiz;

30 gündən sonra — 40 faiz.

211.4. Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə hesablanmış yol vergisinə nəzarət dövlət vergi orqanları, Azərbaycan Respublikasının ərazisinə idxal edilən avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisinin hesablanmasına və ödənilməsinə nəzarət isə gömrük orqanları tərəfindən həyata keçirilir.

Maddə 212. Yol vergisinin tutulması

212.1. Xarici dövlətlərin avtonəqliyyat vasitələrindən bu Məcəllənin 211.1.-ci maddəsində müəyyən edilmiş vergini həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman və bu Məcəllənin 211.1.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisini tərk edərkən yol vergisinə cəlb olunmalı hallarda gömrük orqanları tuturlar və bir bank günü ərzində dövlət büdcəsinə keçirirlər.

212.2. İllik yol vergisinin bu Məcəllənin 212.4-cü maddəsində göstərilən qaydada ödənildiyini təsdiq edən sənədlər təqdim edilmədikdə, avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtonəqliyyat vasitələrinin qeydiyyatı, yenidən qeydiyyatı və texniki baxışı keçirilmir.

212.3. Azərbaycan Respublikasının ərazisində avtomobil benzininin, dizel yanacağının və maye qazın istehsalı ilə məşğul olan şəxslər yol vergisini aylıq olaraq hesablayır və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə yol vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə vergini dövlət büdcəsinə ödəyirlər.

212.4. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan fiziki şəxslər illik yol vergisini avtomobillər texniki baxışdan keçən zaman dövlət büdcəsinə ödəyirlər.

212.5. Avtonəqliyyat vasitələrini dövlət qeydiyyatına alan müvafiq icra hakimiyyəti orqanı hər rüb hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq, yeni qeydiyyata alınmış və qeydiyyatdan çıxarılmış avtonəqliyyat vasitələri barədə məlumatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada müvafiq icra hakimiyyəti orqanına təqdim edir.

212.6. Xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 2016-cı ilin iyun ayının 1-dən etibarən 3 (üç) il müddətinə yol vergisindən azaddır;

212.6.1. dəmir yolu ilə nəql edilən yüklər Azərbaycan Respublikası ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi son dəmiryolu stansiyasında xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə aşırılaraq ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə digər dövlətə daşındıqda;

212.6.2. xarici dövlətlərin yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklər digər dövlətin ərazisindən Azərbaycan Respublikası ərazisindəki müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ilk dəmir yolu stansiyasına ən yaxın gömrük sərhəd buraxılış məntəqəsindən keçirilməklə daşındıqda.

 

                                                      Nəqliyyatın hərəkəti

Avtomobillərin sürətini (km / h) məhdudlaşdırılması:

Şəhərdə və  yaşayış qəsəbələrində 60

Qeyri yaşayış məntəqələrindən kənarda

İctimai nəqliyyat yollarında 70

Avtomaqistral şoselərində 90

İcazəli olan ölçülər (M)

Eni 2.5

Boy 4.00

Uzunluqu

İki  oxlu yük maşını 12.00

Qoşqulu  nəqliyyat 20,00

Qoşqulu  nəqliyyat  vasitəsi  24,00

                                                   İcazə  verilən  yükgötürmə ox üçün  (t):

Tək ox üçün 10,0

Tərkib hissəsi

Oxlar arasında məsafə

1.61 - 2.5 metr 9.0

1.31 - 1.6 metr 8.0
1 - 1,3 metr 7.0
1 metr 6.0

 İcazəli  kütlə (T)

 Avtomobilin ümümi  maksimum cəkisi 38,0 t

 İri  qabaritli və ağır çəkili yüklərin hərəkət etməsi

Maksimum yol verilən çəkisi parametrləri və ölçüləri aşan yük avtomobillərinin hərəkəti üçün, aşağıdakı ünvanlardan  xüsusi  icazə alınmalıdır:

 

“AzərAvtoYol” ASC

AZ1117, Azərbaycan, Bakı ş., Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Natavan küç. 19f

e-mail: yolların.muhafize.xidmeti.mmc@mail.ru

web-site: azeravtoyol.gov.az

 

Qaynar xətt: +994 12 406 97 89

             Faks: +994 12 406 97 02

 

Əlaqəli şəxslər:

Yolların Mühafizəsi və İriqabaritli,

Ağırçəkili Nəqliyyat Vasitələrinin Hərəkətinə Nəzarət şöbəsinin

rəisi Fikrət Hüseynov - Mob.: +994 50 210 68 12


Yolların Mühafizəsi və İriqabaritli,

Ağırçəkili Nəqliyyat Vasitələrinin Hərəkətinə Nəzarət şöbəsinin

baş mütəxəssisi Kamil Hüseynov - Mob.: +994 55 372 00 66

 

Bayramlar  və qeyri  iş günləri:
Yeni il (yanvarın 1 və 2), Beynəlxalq Qadınlar Günü (8 mart), Qələbə günü (9 may), Respublika günü (28 May), Azərbaycan xalqının (15 iyun), Azərbaycan Respublikası Silahlı Qüvvələri günü Milli Qurtuluş Günü (26 iyun), Dövlət müstəqilliyi günü (18 oktyabr), Dövlət Bayrağı günü (9 noyabr), Konstitusiya günü (12 noyabr), Milli Dirçəliş günü (17 noyabr), Dünya Azərbaycanlılarının Həmrəyliyi (31 dekabr), Novruz Qurban bayramı, Ramazan günü Bayram.

 

Hərəkətin məhdudlaşdırılması

 

Nəqliyyat  vasitələrinin hərəkəti n məhdudlaşdırılması  bazar və bayram günləri  yoxdur

 

Yol vəziyyəti haqqında daha ətraflı məlumat

Tullantı  daşınmasını  edərkən ətraf mühit və təbii ehtiyatların monitorinqi üzrə Dövlət Komitəsindən  icazə almaq lazımdır. Tel:. (99412) 492 67 49, Fax: (99412) 492 59 07.

Yanacaq idxalı

Yanacağının Rüsumsuz  idxalIna  icazə verilir  yalnız  texnoloji  struktur və mühərrikin  enerji  təchizatı  sistemi ilə bağlı.

İCBARİ SIĞORTA QİYMƏTİ

Nəqliyyat vasitəsinin növü

Mühərikin həcmi

Sığortanın qiyməti  (AZN)

Fiziki şəxslər üçün

Hüquqi şəxslər üçün

Şərnişin avtomobili

50 – 1500 sm³

50

60

1501 – 2000 sm³

75

90

2001 – 2500 sm³

100

120

2501 – 3000 sm³

125

150

3001 – 3500 sm³

150

180

3501 – 4000 sm³

175

210

4001 – 4500 sm³

200

240

4501 – 5000 sm³

225

270

Daha çox 5000 sm³

250

300

 

Oturacaqların sayı

 

 

Avtobus və mikroavtobuslar

9 – 16

150

180

Daha çox 16-dan

200

240

 

Icazə verilən maksimum çəki

 

 

Yük maşınlari

3500-dən çox olmayan kq

150

180

3501 - 7000 kq

200

240

7000-dən çox kq

250

300

Motosiklet və Motoroylerlər

 

50

60

Qoşqu və yarımqoşqular

 

25

30

Traktorlar

 

50

60

Trolleybuslar

 

100

120

 

 

 
Nəqliyyat vasitələri və digər yüklərin daşınma tarifləri Ələt limanından
 
 

1. BAKI - TÜRKMƏNBAŞI - BAKI

 

 Yük  Qiymət ($/bir poq/metri)
 Yük avtomaşınları (yüklü və ya boş, bir  sürücünün gediş haqqı daxil olmaqla,bir istiqamət üzrə ) 65
Yük avtomaşınları (yüklü və ya boş, bir sürücünün gediş haqqı daxil olmaqla,  iki istiqamət üçün) 104
Avtobus və mikroavtobus (standart) 65
  Yük Qiymət ($/biri)
Minik avtomaşınları 200
Motosikl (2- təkərli) 95
Motosikl (qoşqulu) 125

 

Göyərtə yükləri  Qiymət ($/bit tonu)
Metal, tikinti materialları paletlərdə 01-10 t. 70
11-20 t. 60
21-50 t. 50
51-70 t. 40
Ərzaq məhsulları və gündəlik tələbat malları, meyvə-tərəvəz məhsulları və s. 100

Həcmli yüklər (neft avadanlığı, metal konstruksiyalar, qapı, pəncərə, plastik, aluminium profillər və s.)

200

  

Konteyner Qiymət ($/biri)
40 futluq 1000
20 futluq 500
10 futluq 350
5 futluq 250

 

 2. BAKI - AKTAU - BAKI

 

Yük Qiymət ($/bir poq/metri)
Yük avtomaşınları (yüklü və ya boş, bir sürücünün gediş haqqı daxil olmaqla, bir istiqamətə ödənildikdə) 72.72
Yük avtomaşınları (yüklü və ya boş, bir sürücünün gediş haqqı daxil olmaqla,  iki istiqamət üçün) 127.27
Avtobus və mikroavtobus (standart) 80
Yük Qiymət ($/biri)
Minik avtomaşınları 300
Motosikl (2- təkərli) 110
Motosikl (qoşqulu) 140

 

Göyərtə yükləri  Qiymət ($/bir tonu)
Metal, tikinti materialları paletlərdə 01-10 t. 80
11-20 t. 70
21-50 t. 60
51-70 t. 50
Ərzaq məhsulları və gündəlik tələbat malları, meyvə-tərəvəz məhsulları və s. 100

Həcmli yüklər (neft avadanlığı, metal konstruksiyalar, qapı, pəncərə, plastik, aluminium profillər və s.)

220

 

Konteyner Qiymət ($/biri)
40 futluq 1200
20 futluq 600
10 futluq 400
5 futluq 300

 

Qeyd:

  1. Yükləmə və boşaltma xərci nəzərə alınmır.
  2. Xüsusilə göstərilmədiyi təqdirdə sürücünün gediş haqqı nəzərə alınmır.
  3. Xüsusilə göstərilmədiyi təqdirdə qiymətlər bir istiqamətədir.
  4. Eni 2.6 metrdən artıq olan təkərli nəqliyyat vasitələri üçün əlavə 40% ödəniş edilməlidir.

Məmbə: http://www.acsc.az/ru/pages/223