ABADA haqqında
ABADA İctimai Birliyi könüllülük, üzvlərin hüquq bərabərliyi prinsipləri əsasında yaradılan və fəaliyyəti Azərbaycan Respublikasının bütün ərazisini əhatə edən qeyri-kommersiya hüquqi şəxsidir.
ABADA 1993-cü ilin noyabr ayından etibarən Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) üzvüdür və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə ölkə ərazisində "Beynəlxalq yükdaşımaları haqqında" 1975-ci il Gömrük Konvensiyası üzrə təminat orqanı olaraq müəyyən edilib.
Birliyin avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar həyata keçirən daşıyıcıların yerli və beynəlxalq səviyyədə təmsil olunması ilə bağlı çoxillik təcrübəsi və müsbət işgüzar nüfuzu vardır. Birlik Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar həyata keçirən daşıyıcıların 30 ilə yaxın təcrübəyə malik yeganə assosiasiyasıdır.