Pozuntuya yol vermiş şəxslərin siyahısı
Avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar həyata keçirən daşıyıcılara.
Hörmətli daşıyıcılar, avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar həyata keçirən şəxslərin qanuni mənafelərinin müdafiəsi, onların maddi itkilərə məruz qalmasının minimuma endirilməsi məqsədilə xarici ölkələrdə, eləcə də Azərbaycan Respublikası ərazisində sürücülər tərəfindən yol verilən pozuntulara görə tətbiq olunan məsuliyyət tədbirləri, həmçinin daşıyıcılara vurulmuş zərər barədə məlumatları ABADA-ya təqdim etməyiniz xahiş olunur.
Məlumat üçün bildiririk ki, məlumatlar ümumiləşdirilərək pozuntuya yol vermiş şəxslərin siyahısı formalaşdırılacaq və daşıyıcılar gələcək fəaliyyətinin daha yaxşı qurulması üçün bu məlumatlardan istifadə edə bilərlər. Məlumatların əldə edilməsi üçün 012 464 88 31/32 telefon nömrələri ilə əlaqə saxlanılması tələb olunur.