"TIR karnet"in düzgün doldurulması
BYD kitabçasının (Karnet TIR) tətbiqi üzrə sürücünün
yaddaş vərəqəsi
Unutmayın!
BYD kitabçası Sizin məsuliyyətiniz altındadır və heç bir halda başqa şəxsə verilməməlidir. Əmin olun ki, Siz reysin hər iki istiqaməti üçün lazımi sayda BYD kitabçalarını almısınız.
Reysə çıxanda:
BYD kitabçasının təsir müddətini yoxlayın (üz cildin 1-ci qrafası).
- Yük manifestinə daxil edilmiş məlumatları, ancaq yoxlayandan sonra, onun 15-ci bəndinə qol çəkin.
- BYD kitabçasının üz cildinin 1, 2, 3, 4-cü qrafalarında qeyd olunan məlumatlarda düzəlişlər etmək olmaz. BYD kitabçasında düzəliş etmək üçün sizin müəssisənin və gömrük orqanlarının qabaqcadan razılığı olmalıdır.
Daşımanı yerinə yetirən zaman:
- BYD kitabçasını hər bir gömrük idarəsinə təqdim etmək lazımdır (göndərən yerin məntəqəsində, yol boyu aralıq məntəqələrdə, təyinat yerin məntəqəsində). BYD kitabçası gömrükxana nümayəndəsi tərəfindən lazımi şəkildə rəsmiləşdirilməlidir (tarix, imza, qeydiyyat nömrəsi olan möhür).
- Gömrükxana nümayəndəsinin iştirakı olmadan yük yerləşən yerin plombunun çıxarılmasına yol verməyin.
- Yol-nəqliyyat hadisəsi və ya başqa bir hadisə baş verdikdə, hadisə barədə protokolu doldurun (BYD kitabçasının axırıncı səhifəsi)
- Gömrük orqanları tərəfindən təyin edilən müddətə və marşruta riayət edin.
Təyinat məntəqəsində:
- BYD kitabçasını rəsmiləşdirmək üçün təyinat gömrükxanasına təqdim edin
- BYD kitabçasını geri alın. Əgər bu mümkün deyilsə, gömrük nümayəndəsinin möhürü ilə möhürlənmiş qoparılan talonu (BYD kitabçası cildinin axırıncı səhifəsində yerləşir) gömrük orqanlarından tələb edin
- Gömrük orqanları ilə anlaşılmamazlıq əmələ gəlirsə, öz nümayəndənizlə əlaqəyə girin.
- Avtomaşının qaçırıldığı halda dərhal polisə xəbər verin və öz nümayəndənizə məlumat verin.
BYD kitabçasindan istifadə qaydaları
A. ÜmumI müddəalar
- Verilmə: BYD kitabçası göndərən ölkədə və ya onun sahibinin daimi olduğu ölkədə verilir.
- Dil: BYD kitabçası, cildin üz tərəfi istisna olmaqla, fransız dilində çap olunur. Üz tərəfində olan qrafalar fransız və ingilis dillərində çap olunur. “BYD kitabçasından istifadə qaydaları” cildin 3-cü səhifəsində ingilis dilində əks edilir. Bundan başqa, çap olunmuş mətnin digər dillərə tərcüməsi ilə səhifələr kitabçaya əlavə oluna bilər. Regional təminat sistemi çərçivəsində BYD daşımaları üçün istifadə olunan kitabçalar, cildin, rubrikaları ingilis və ya fransız dillərində çap olunan 1-ci səhifəsi istisna olunmaqla, Birləşmiş Millətlər Təşkilatının hər hansı rəsmi dilində çap oluna bilər. “BYD kitabçasından istifadə qaydaları” cildin 2-ci səhifəsində Birləşmiş Millətlər Təşkilatının rəsmi dilində, həmçinin cildin 3-cü səhifəsində ingilis və ya fransız dillərində çap olunur.
- Təsir müddəti: BYD kitabçası, onu verən birliyin müəyyən etdiyi müddət ərzində, göndərmə yeri gömrükxanasında rəsmiləşdirilibsə (cildin üz tərəfinin 1-ci rubrikası), BYD kitabçası BYD daşımasının təyinat yeri gömrükxanasında başa çatmasınadək etibarlıdır.
- Kitabçaların sayı: Nəqliyyat vasitələrinin tərkibi üçün (bir-birinə qoşulmuş nəqliyyat vasitələri) və ya bir nəqliyyat vasitəsinə, ya da nəqliyyat vasitələri tərkibinə yüklənmiş bir neçə konteynerlərə bir BYD kitabçası verilə bilər (həmçinin aşağıda - 10 d) bəndinə bax).
- Göndərmə yeri və təyinat yeri gömrükxanalarının sayı: BYD kitabçasının tətbiqi ilə daşımaların marşrutları bir neçə göndərmə və təyinat yeri gömrükxanalarından keçə bilər; lakin göndərmə və təyinat yeri gömrükxanalarının ümumi sayı dörddən artıq olmamalıdır. BYD kitabçası, yalnız bütün göndərmə yeri gömrükxanalarının onun qəbulu barəsində qeydiyyat apardıqları halda, təyinat yeri gömrükxanalarına təqdim oluna bilər (həmçinin aşağıda – 10 e) bəndinə bax).
- Vərəqlərin sayı: Əgər daşıma marşrutu yalnız bir göndərmə və bir təyinat yeri gömrükxanasından keçirsə, onda BYD kitabçasında ən azı 2 vərəq göndərmə ölkəsi üçün, 2 vərəq təyinat ölkəsi üçün və 2 vərəq ərazisində daşıma aparılan hər bir digər ölkə üçün ollmalıdır. Hər bir əlavə göndərmə yeri (və ya təyinat yeri) gömrükxanası üçün 2 əlavə vərəq tələb olunur.
- Gömrükxanalarda təqdim edilmə: BYD kitabçası yol nəqliyyat vasitəsi, nəqliyyat vasitələri tərkibi və ya konteyner(lər) ilə birlikdə hər bir göndərmə yeri gömrükxasına, hər bir aralıq gömrükxanaya və hər bir təyinat yeri gömrükxanasına təqdim edilməlidir. Sonuncu göndərmə yeri gömrükxanasında gömrükxananın vəzifəli şəxsi marşrutun qalan hissəsində istifadə olunacaq bütün qoparılan vərəqlərdə yük manifestinin altında (17-ci qrafada) öz imzasını qoyur və tarixi göstərməklə öz möhürünü vurur.
B. BYD kitabçasının doldurulma ÜSULU
- Silmə, pozub düzəltmə: BYD kitabçasında silməyə, pozub düzəltməyə icazə verilmir. Bütün düzəlişlər səhv göstərişlərin üzərindən xətt çəkməklə və buna ehtiyac varsa, lazım olan göstərişlərin əlavəsi ilə həyata keçirilməlidir. Hər bir dəyişiklik onu edən şəxs tərəfindən və gömrük orqanları tərəfindən təsdiq olunmalıdır.
- Qeydiyyata aid məlumatlar: Milli qanunvericilik qoşqu və yarımqoşquların qeydiyyatını nəzərdə tutmursa, onda qeydiyyat nömrəsi əvəzinə tanınma və ya zavod nömrəsini göstərmək lazımdır.
- Manifest:
- Yalnız gömrük orqanları başqa dillərdən istifadə etməyə icazə vermədikdə, manifest göndərmə ölkəsinin dilində doldurulur. Ərazisində daşıma aparılan başqa ölkələrin gömrük orqanları manifestin öz ölkəsinin dilinə tərcümə olunmasını tələb etmək hüququnu özündə saxlayır. Bu tələbdən irəli gələn ləngimələrin qarşısını almaq üçün daşıyıcılara öz sərəncamında düzgün tərcümələrin olması tövsiyə edilir.
- Manifestdə yazılan göstərişlər elə çap olunmalı, və ya çoxaldılmalıdır ki, onlar bütün vərəqlərdə aydın oxunsun. Aydın doldurulmamış vərəqlər gömrük orqanları tərəfindən qəbul olunmur.
- Qoparılan vərəqlərə manifestin nümunəsindən olan əlavə vərəqlər və ya manifestdə göstərilən bütün məlumatları yazmaqla kommersiya sənədləri əlavə edilə bilər. Bu halda bütün qoparılan vərəqlərə aşağıdakı məlumatlar daxil edilməlidir: i) əlavə vərəqlərin sayı (8-ci rubrika); ii) əlavə vərəqlərdə sadalanan yüklərin ümumi brutto çəkisi, yük yerlərinin və ya əşyaların sayı və tipi (9-11-ci rubrikalar).
- BYD kitabçası nəqliyyat vasitələri tərkibinə və ya bir neçə konteynerə verilərsə, manifestdə hər bir nəqliyyat vasitəsinin və ya konteynerin içində olanları ayrıca göstərmək lazımdır. Bu göstərişdən əvvəl nəqliyyat vasitəsinin qeydiyyat nömrəsi və ya konteynerin tanınma nömrəsi yazılmalıdır (manifestin 9-cu rubrikası).
- Daşıma marşrutu bir neçə göndərmə və ya təyinat gömrükxanalardan keçərsə, onda rəsmiləşdirmə üçün qəbul olunmuş yüklərə və ya hər gömrükxana üçün nəzərdə tutulan yüklərə aid yazılar manifestdə bir-birindən ayrı qeyd olunmalıdır.
11. Qablaşdırma vərəqləri, fotoşəkillər, sxemlər və sairə: gömrük orqanları ağırçəkili və iri qabaritli yüklərin tanınması üçün BYD kitabçasına belə sənədlərin əlavə olunmasını tələb edirsə, bu sənədlər gömrük orqanları tərəfindən təsdiq olunmalı və kitabçanın cildinin 2-ci səhifəsinə bərkidilməlidir, bundan başqa, bütün qoparılan vərəqlərin 8-ci rubrikasında bu sənədlər sadalanmalıdır.
12. İmza: Bütün qoparılan vərəqlərdə (14 və 15-ci rubrikalar) tarix və BYD kitabçasının sahibinin və ya onun nümayəndəsinin imzası olmalıdır.