"İcazə" blanklarının Yanvar - Fevral ayı üçün bölgüsü

22 Yanvar 2022 - 12:36

2022-ci ilin Yanvar və Fevral ayları üçün “İcazə” blanklarının bölgüsünü aparmışdır.


2022-ci il üçün aparılacaq bölgülər aşağıdakı qaydalar nəzərə alınmaqla həyata keçiriləcəkdir:

1. Litva ikitərəfli/tranzit, Litva 3-cü ölkə/ölkədən və Qazaxıstan 3-cü ölkə/ölkədən “İcazə”lərinin bölgüsü aparılmayacaq. Bu “İcazə” blankları təqdim edilən təsdiqedici sənədlər əsasında veriləcəkdir.

2. Bölgülər ilə müəyyən edilmiş “İcazə” blanklarının bölgüsü aparılmış ayın sonuncu iş gününədək götürülməyən hissəsi növbəti aya keçməyərək sıfırlanacaqdır.

3. Rusiya 3-cü ölkə/ölkədən (məhdudiyyətsiz) “İcazə” blanklarının bölgüsü zamanı daşıyıcılara verilmiş Rusiyaya açıq “BNF” İcazələrinin sayı nəzərə alınacaqdır.

4. İstiqamətlər üzrə ixtisaslaşmış daşıyıcılar istisna olmaqla, digər daşıyıcılara münasibətdə avtonəqliyyat vasitələri nəzərə alınaraq Rusiya və Türkiyə üçün 2, İran və Gürcüstan üçün 3 əmsalı tətbiq olunacaqdır.

Cədvəli PDF yüklə