“Türkiyə ilə Avropa İttifaqı arasında Yeni Yol Nəqliyyatı Əməkdaşlıq: Gözləntilər və İmkanlar” mövzusun plenar vebinar keçilib.
Mərkəzi Brüssel və İstanbul şəhərləri olmaqla, Aİ və Qlobal Araşdırmalar Dərnəyi, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı, Avropa Qonşuluq Şurasının dəstəyi ilə baş tutan tədbirdə Avropa qitəsində nəqliyyat sektorunun inkişafı, ölkələrarası keçidlərin sadələşdirilməsi mövzusunda çıxışlar edilib.
Bu dəfəki tədbirdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Avtomobil Nəqliyyatı Assosiasiyaları Birliyi də iştirak edib.
Türkiyə və Aİ-yə üzv dövlətlər arasında nəqliyyatın (əsasən avtomobil nəqliyyatı) asanlaşdırılması məqsədilə davamlı vətəndaş cəmiyyəti dialoqunu inkişaf etdirmək üçün həyata keçirilən bu lahiyənin gələcəkdə yeni komunikasiyaların qurulması üçün xüsusi önəm kəsb etdiyi diqqətə çatdırılıb.
Ötən ilin aprel ayından həyata keçirilən layihənin konsorsiumu ilə Türkiyə-Aİ ticarət və nəqliyyat əlaqələrinin əlaqədar maraqlı tərəfləri ilə məsləhətləşmələr əsasında araşdırmalar aparılıb. Bunun məntiqi nəticəsi olaraq Türkiyə-Aİ ticarət və nəqliyyat əlaqələrinin müxtəlif maraqlı tərəfləri əhatə edən ölkələrin Türkiyə, Polşa və Belçika vasitəsilə “Aİ-Türkiyə Beynəlxalq Yaşıl Dəhlizlər Statistika Şəbəkəsi”nə birləşdirilməsi xüsusi olaraq qeyd edilib.
Tədbirdə çıxış edən Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının baş katibinin müavini Kənan Qurbanov bu layihəyə inteqrasiyanın Azərbaycan daşıyıcılar üçün yeni imkanlar açacağını bildirib. Azərbaycanın tranzit və logistika imkanları nəzərə alınaraq, ABADA-nın Türkiyənin tərəfdaş təşkilatları ilə sıx əlaqələrin qurulduğu, yeni və müassir sistemlərin tətbiqi ilə bağlı tədbir iştirakçılarına məlumat verilib. İB olaraq, Azərbaycanın nəqliyyat sektoruna cavabdeh qurum və təşkilatlara mövcud əlaqələrdən, ABADA-nın beynəlxalq yükdaşımalar üçün vacib sənəd sayılan “İcazə” blanklarının bölgüsündə iştirakçılığı da diqqətə çatdırılıb.