“Bir kəmər, bir yol” nəqliyyat logistika layihəsi üçün ən vacib infrastruktur layihələrindən olan Türkmənbaşı-Türkmənabad yolunun daha bir hissəsi istifadəyə verilib.
Ümumi uzunluğu 1185 km olan M37 indeksli 1-ci texniki dərəcəli yolun Aşqabad-Türkmənabad mənzilinin 203 km-lik hissənin rəsmi açılışı baş tutub. Ümumi eni 34,5 metr olan magistralda 5-ə yaxın qovşaq, 10-dan çox yeraltı piyada və avtomobil keçidləri inşa edilib. Sürücü və sərnişinlərin istirahəti üçün dayanacaqlar, avtovağzal və yanacaqdoldurma məntəqələri istifadəyə verilib. Açılış mərasimdə Azərbaycanı ABADA təmsil edib.
“Bir kəmər, bir yol” nəqliyyat koridoru yaxın gələcəkdə Çindən Qərbi Avropaya quru nəqliyyat əlaqələrinin genişləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Türkmənbaşı-Türkmənabad magistralı E60 Avropa marşrutunun əsas tərkib hissələrindən biri kimi səciyyələnir. Çindən Böyük Britaniyaya kimi birbaşa nəqliyyat əlaqəsi Qərbin əsas geoiqtisadi hədəflərindən hesab edilir. Çinlə iqtisadi əlaqələri quru yolla daha da rentabelli etmək baxımından seçilən bu marşrutun əsas mərkəzlərindən biri də Azərbaycan hesab edilir. Gəmi və bərə xidmətləri üçün Ələt limanının imkanları, “Şimal-Cənub” nəqliyyat koridorunun mövcudluğu alternativ və şaxəli xidmətin təşkili imkanları Azərbaycanı regional mərkəz statusunda qəbul etdirir.