Hörmətli daşıyıcılar 2023-cü ilin mart ayı üçün əlavə "İcazə" blanklarının bölgüsü aparılmışdır. Bölgü ilə bağlı təşkilati-texniki işlərin görülməsinə görə ABADA ilə xidmət müqaviləsi bağlamayan daşıyıcıların müraciətləri Bölgü Komissiyası tərəfindən nəzərə alınmış, lakin xidmət müqaviləsi bağlanılmadığına görə həmin daşıyıcıların müraciətləri baxılmadan saxlanılmışdır.
Avstriya ikitərəfli/transit, Litva ikitərəfli/tranzit, Litva 3-cü ölkə/ölkədən “İcazə”lərinin bölgüsü aparılmamışdır.
Bu “İcazə” blankları təqdim edilən təsdiqedici sənədlər əsasında veriləcəkdir.
2023-cü ilin mart ayı üzrə bölünmüş “İcazə” blankları mart ayının sonuna qədər götürülmədikdə, həmin “İcazə” blankları növbəti ayın bölgüsünə daxil ediləcəkdir.