
Şanlı tariximizə qızıl hərflərlə yazılan 28 May - Müstəqillik Günü hər bir azərbaycanlının sevgi, hörmət və qürur mənbəyi olan bir gündür. Bu gün Şərqdə ilk demokratik Respublika üsul-idarəli dövlətin yaranmasından 107 il ötür.
Əsası 1918-ci il mayın 28-də qoyulan və cəmi 23 ay yaşamasına baxmayaraq, dövlətçilik tarixində dərin iz buraxan bu tarix hazırda dünya azərbaycanlıları tərəfindən fəxrlə planetimizin hər yerində qeyd edilir.
Cümhuriyyətin varisi olan müstəqil Azərbaycan Respublikası ümumilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində yenidən müstəqillik əldə etdi. Hazırda ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyanın dinamik inkişaf edən sülh və sabitlik nümunəsinə, multikultural məkanına çevrilib.