
Hörmətli üzvlər,
Beynəlxalq daşımalar zamanı malların və nəqliyyat vasitələrinin gömrük sərhəd buraxılış məntəqələrindən sürətli keçidin təmin olunması və qeydiyyat prosesinin sadələşdirilməsi məqsədilə Dövlət Gömrük Komitəsi tərəfindən "Daşıyıcıların qeydiyyatı" layihəsi həyata keçirilir.
Sözügedən layihənin əsas məqsədi gömrük ərazisinə daxil olması nəzərdə tutulan daşıyıcılar barədə məlumatların qeydiyyatı sisteminin formalaşdırılması və reyestrdə identifikasiyasının aparılmasından ibarətdir. Layihə beynəlxalq təcrübədə geniş tətbiq edilən EORİ (Economic Operators Registration and İdentification number) sisteminə uyğun hazırlanmışdır.
Daşıyıcılar tərəfindən qanunvericiliklə müəyyən olunmuş məlumatların əvvəlcədən təqdim edilməsi qarşılıqlı etimad mühitinin formalaşdırılmasında və onların etibarlı tərəfdaş kimi tanınmasında vacib rol oynayacaq, sərhədkeçmə qeydiyyatının daha asan və sürətli həyata keçirilməsinə şərait yaradacaqdır.
Gömrük ərazisinə daxil olması nəzərdə tutulan daşıyıcılara qanunvericiliklə müəyyən olunmuş məlumatların əvvəlcədən təqdim edilməsini tövsiyə edirik.
Qeydiyyat üçün link: https://e.customs.gov.az/for-xif/carrier-register