ABADA-da işçi görüş

4 İyun 2025 - 16:49

   Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) beynəlxalq əlaqələrini genişləndirir. Bu məqsədlə Rusiya Federasiyasının beynəlxalq nəqliyyat-logistika sahəsinin nəhəng şirkətlərindən olan TransRusiya və yük daşımaları zəncirinin bütün növ xidmətlərini göstərən ŞkladTech şirkətlərinin rəhbərləri ilə görüş keçirilib.

   Xanım Natalya Lomunova və Burcu Yılgözlə görüşdə ABADA-nı baş katib Kənan Qurbanov təmsil edib.       

   Müzakirələrdə daşımalar prosesində ekspedisiya xidmətləri, yüklərin saxlanılması üçün anbar təsərrüfatı, sığorta və digər xidmətlər üzrə keçirilən sərgilərdə iştirak etmək istəyən ABADA üzvlərinə güzəştlər edilməsi təklif olunub.

  Keçiriləcək sərgilərdə iştirak etmək arzusunda olan daşıyıcılara ABADA-ya müraciət etmək tövsiyə olunur.