Yükdaşımaları həyata keçirən sürücülərdən “Kovid pasport”u tələb olunacaq

28 Sentyabr 2021 - 08:00

Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti ilə məşğul olan şəxslərdən 1 oktyabr tarixindən etibarən ikinci doza peyvənd olunması və ya COVİD-19-a qarşı immunitet sertifikatı tələb oluncaq. Stasionar postlarda xidmət aparan yol-patrul xidməti (YPX) əməkdaşları tərəfindən seçmə üsulu ilə bu fəaliyyət sahəsi ilə məşğul olan sürücülərin COVİD-19 pasportu və ya COVİD-19-a qarşı immunitet sertifikatının olub-olmaması yoxlanılacaq.