Beynəlxalq avtomobil daşımalarını yerinə yetirən sürücülərin və operatorların məsul şəxslərinin hazırlığı ilə bağlı
Bildiriş
Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 8 aprel 2022-ci il tarixli 149 nömrəli Fərmanı ilə “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları” təsdiq edilmişdir. Sözügedən Qaydaların tələblərinə əsasən beynəlxalq avtomobil daşımaları ilə məşğul olan şəxslər maliyyə vəziyyəti, işgüzar nüfuz və peşəkarlıq səriştəsi kimi meyarlara cavab verməlidirlər. Qeyd edilən meyarlardan peşəkarlıq səriştəsi üzrə daşıyıcının məsul şəxsi və sürücüsü Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyul 2020-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxsinin (şəxslərinin), habelə beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirən sürücülərin peşəkarlıq səriştəsinə dair hazırlığının və yenidən hazırlığının keçirilməsi Qaydası”na uyğun olaraq hazırlıq və yenidən hazırlıq keçməlidir. “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarına buraxılış Qaydaları”-nın qüvvəyə minəcəyi 8 aprel 2023-cü il tarixindən sonra məsul şəxsi və sürücüsü həmin hazırlıqdan keçməyən daşıyıcıların avtomobil nəqliyyatı ilə beynəlxalq daşımaları həyata keçirməsi mümkün olmayacaqdır.
Qeyd edilənlərlərə əsasən, Buraxılış qaydalarının qüvvəyə minmə tarixinə qısa zaman qaldığını nəzərə alaraq məsul şəxslərinizin və sürücülərinizin hazırlığının keçirilməsi üçün təxirəsalınmaz qaydada ABADA-ya müraciət etməyiniz və həmin şəxslərin ABADA tərəfindən formalaşdırılmış tədris cədvəli üzrə qeydiyyatdan keçməsini təmin etməyiniz xahiş olunur.
Əlaqələndirici şəxs:
Rzayev Elşən ABADA-nın tədris bölməsinin müdiri
Tel.: 050 218 91 17
email: kurs@abada.az
Ünvan: Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi 169, ABADA-nın ofisi.