2027-cı il üzrə BNF İcazələrinin bölgüsü və iştirak etmək üçün lazım olan sənədlər

17 Sentyabr 2026 - 15:40

Hörmətli avtomobil daşıyıcıları,

 

01 oktyabr 2026-ci il tarixindən etibarən 2027-cı il üzrə BNF İcazələrinin bölgüsündə iştirak etmək üçün tələb olunan sənədləri ABADA-da yerləşən sənəd qəbulu mərkəzinə təqdim edə bilərsiniz.

 

Sənəd qəbulu 31 oktyabr 2026-cı il tarixinədək həyata keçiriləcək.

 

Sənədlərin yoxlanılması və BNF İcazələrinin bölgüsü daşıyıcıların iştirakı ilə İşçi qrup tərəfindən aparılacaq.

Ünvan: Bakı ş., Əhməd Rəcəbli 169, 5ci mərtəbə - ABADA

Əlaqə telefonu: 055 675 88 59 / 050 698 82 82 / 077 45 97 87