Hörmətli ABADA üzvləri!
Son günlər mətbuat səhifələrində Azərbaycan Respublikası ilə Gürcüstan arasında beynəlxalq avtomobil daşımaları sahəsində bir sıra çətinliklərin olması barədə xəbərlər yayımlanır.
ABADA tərəfindən Gürcüstan istiqamətində fəaliyyət göstərən daşıyıcılardan bu barədə şifahi sorğu aparılmışdır.
Sorğunun nəticəsinə əsasən, belə bir halın kütləvi xarakter daşımadığı müəyyən olunmuşdur. Daşımalar normal şəraitdə həyata keçirilir.
Bəzi hallarda, daşıyıcının apardığı yükün xarakterinə uyğun olaraq, Gürcüstanın qanunvericiliyinə əsasən, yoxlama prosesi laboratoriya rejimində aparılır, bu da nəqliyyat vasitələrinin gecikməsinə səbəb olur.
Məsələ ilə bağlı, aidiyyəti dövlət qurumları zəruri tədbirləri həyata keçirirlər.
Bu barədə əlavə məlumat veriləcəkdir.
Rəhbərlik.