Hörmətli ABADA üzvləri!
Bildiyiniz kimi, beynəlxalq avtomobil daşımaları ilə məşğul olan hüquqi və fiziki şəxslərin Rusiya Federasiyasının ərazisində qalma müddətlərinin təqvim ili ərzində 90 gündən 180 günə artırılması Qərarının verilməsində ABADA-nın da böyük xidmətləri olmuşdur.
İndi isə ABADA yeni təşəbbüslə çıxış edir:
- “Rusiya Federasiyasının ərazisindən deportasiya edilmiş sürücülərin qadağalarının ləğv edilməsi”.
Bu təşəbbüsün həyata keçirilməsi məqsədilə ilk növbədə, həmin sürücülər haqqında məlumatların qısa müddət ərzində ABADA-ya təqdim olunmasını xahiş edirik.
|
№ |
Adı, Soyadı |
Pasport nömrəsi |
Məhdudiyyət müddəti |
Qeyd |
|
|
|
|
|
|