"Elvin - R" şirkətinə təşəkkür bildiririk

29 İyul 2026 - 12:13

ABADA-nın üzvü “Elvin-R” şirkətinin rəhbəri Binyətov Elvin Rasim oğlu, Assosiasiyanın təşkil etdiyi tədbirlərdə və layihələrin həyata keçirilməsində fəal iştirak edir.

İlk dəfə olaraq, “e-TIR” sisteminin tətbiqi ilə Azərbaycan - Türkmənistan - Özbəkistan istiqamətində beynəlxalq avtomobil daşımasını da məhz “Elvin-R” şirkəti reallaşdırmışdır.

ABADA-nın işində aktiv və fəal iştirakına görə, Binyətov Elvin Rasim oğluna təşəkkürümüzü bildiririk, fəaliyyətində uğurlar arzulayırıq.