Azərbaycan-Türkmənistan "e-Tir" pilot layihəsi çərçivəsində beynəlxalq daşıma həyata keçirilmişdi

27 İyul 2026 - 14:52

21 iyul 2026-cı il tarixində ilk olaraq, İRU və BMT-nın təşəbbüsü, ABADA-nın təşkilatçılığı və dəstəyi ilə, Azərbaycan-Türkmənistan-Özbəkistan istiqamətində “e-Tir” pilot layihəsi çərçivəsində ABADA-nın üzvü olan “Elvin-R” şirkəti Ələt limanından Türkmənbaşı limanına beynəlxalq daşınmaları həyata keçirmişdir.

22 iyul 2026-cı il tarixində nəqliyyat vasitəsi Türkmənbaşı limanına çatmışdır. Orada İRU-nun, BMT-nın, Türkmənistanın Gömrüyünün və Avtomobil Daşıyıcıları Assosiasiyasının (THADA) əməkdaşları tərəfindən rəsmi qarşılanmışdır.

“e-Tir” sisteminə əsasən, keçid sürətli təşkil olunmuşdur. Qarşılanma mərasimindən sonra, nəqliyyat vasitəsi “Farap” keçid məntəqəsinə yola düşmüşdür.

“Farap”-da yaşıl dəhlizdən istifadə edərək Daşkənd gömrüyünə çatmışdır.

ABADA adından ilk “e-Tir” sistemi vasitəsi ilə beynəlxalq daşımaları həyata keçirən “Elvin-R” şirkətinə təşəkkürümüzü bildiririk.

24 iyul 2026-cı il tarixində e-Tir sisteminə əsasən daşımaları həyata keçirən Türkmənistana məxsus 4 ədəd nəqliyyat vasitəsi Ələt limanı istiqamətində yola çıxmış. 25 iyul 2026-cı il tarixində Ələt limanına çatmışdır

Limanda Türkmən nəqliyyat vasitələri Azərbaycan gömrüyünün əməkdaşları tərəfindən qarşılanmışdır.