Milli mətbuatın yaranmasından 151 il ötür

22 İyul 2026 - 00:27

1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı bu gün 151 illik zəngin və şərəfli tarixini qeyd edir. Bir əsrdən artıq inkişaf yolu keçən milli mətbuatımız xalqımızın maariflənməsində, milli özünüdərkin formalaşmasında, ictimai fikrin inkişafında və ölkəmizin tarixinin salnaməsinin yazılmasında mühüm rol oynayıb.

Bu gün də Azərbaycan mediası cəmiyyətin düzgün və operativ məlumatlandırılması, obyektiv informasiya mühitinin formalaşdırılması və dövlətçilik dəyərlərinin təbliği istiqamətində öz məsuliyyətli missiyasını uğurla davam etdirir.

22 İyul – Milli Mətbuat və Jurnalistika Günü münasibətilə bütün jurnalistləri, media nümayəndələrini və mətbuat sahəsində çalışan hər kəsi ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi, peşə fəaliyyətlərində yeni nailiyyətlər və uğurlar arzulayırıq.

Milli mətbuatımızın 151 illiyi mübarək!