Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) quruma üzv olan üç yerli daşıyıcı şirkətin Rusiya Federasiyası ərazisində yük avtomobilləri ilə baş verən neqativ halların qarşısının alınması məqsədilə operativ şəkildə hərəkətə keçib. Baş verənlərlə əlaqədar hüquqi müstəvidə zəruri addımların atılması məqsədilə hüquqşünas Aynurə Bəhramın iştirakı ilə xüsusi işçi qrup formalaşdırılıb.
Məsələnin fəsadlarını və regional daşımalardakı riskləri müzakirə etmək üçün onlayn formatda geniş tərkibli görüş keçirilib. Görüşdə ABADA rəhbərliyi, assosiasiyaya üzv olan 10-dan artıq yerli beynəlxalq yükdaşıma şirkətinin nümayəndələri də iştirak ediblər. İclasda hüquqi təfərrüatlar, Rusiya Federasiyasının hüquq-mühafizə orqanları və aidiyyəti qurumları ilə rəsmi kommunikasiya kanallarının qurulması planı nəzərdən keçirilib.
ABADA bəyan edir ki, Azərbaycan daşıyıcılarının xarici ölkələrdə qarşılaşdıqları problemlərin həlli və onların qanuni mənafelərinin müdafiəsi assosiasiyanın prioritet fəaliyyət istiqamətidir.