Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) Baş katibi Kənan Qurbanov TV1 televiziyasına müsahibəsində regionda artan yük axını fonunda avtomobil nəqliyyatının rolu, Azərbaycanın əlverişli coğrafi mövqeyi və tranzit potensialının beynəlxalq daşımaların səmərəliliyinin artırılmasına verdiyi töhfə və ölkəmizin bu marşrutun əsas logistika mərkəzlərindən birinə çevirilməsi ilə bağlı fikirlərini bölüşüb.