25 may 2026-cı il tarixində CAREC (Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq) Beynəlxalq Logistika və Ticarət Assosiasiyaları Federasiyasının sədri (CFILCA) cənab Hin Zhongun rəhbərliyi ilə 24 ədəd Çin Xalq Respublikasının logistika və daşıyıcılar şirkətlərinin nümayəndələri ilə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasında işgüzar görüş keçirilmişdir.
Görüşdə ÇXR və ölkəmizin avtomobil daşıyıcılarının çətinlikləri, problemlər və daşımaların inkişaf perspektivləri müzakirə olunmuşdur.
ÇXR-dan Avropaya yük daşınmasında Azərbaycanın önəmli rolu xüsusi qeyd olunmuşdur.
Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçmişdir.