Qarışıq Komissiyanın ilk iclası keçirilib

28 Aprel 2026 - 10:36

Aprelin 23–24-də Çinin Urumçi şəhərində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında həyata keçirilən beynəlxalq avtomobil daşımaları sahəsində Qarışıq Komissiyanın ilk iclası keçirilib. 


Görüşdə Azərbaycan daşıyıcıları adından Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının Baş Katibi Kənan Qurbanov, Əsət Söyünov (AZFEM MMC), Elvin Binyətov (Elvin-R MMC), İlyas Məmmədov (Gold Tansport MMC) iştirak ediblər.
Görüş zamanı  iki ölkə arasında avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımalarının mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirələr edilib,  əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. 


Tərəflər beynəlxalq yük daşımalarının həyata keçirilməsi məqsədilə 2026-cı il üzrə əlavə olaraq ikitərəfli və tranzit daşımalar üçün  5 000 ədəd, üçüncü ölkəyə/ölkədən daşımalar üçün isə  2500 ədəd icazə blankının mübadilə edilməsi  barədə qərar qəbul  olunub.  
Həmçinin səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti milli daşıyıcıların iştirakı ilə 25 aprel tarixində Xorqos gömrük keçid məntəqəsinin rəsmiləri ilə görüş keçirib, eləcə Xorqos Azad Ticarət Zonasının ərazisində fəaliyyət göstərən Logistik mərkəzlərin işi ilə yaxından tanış olub.


Xorqos şəhərində Çinin aidiyyəti dövlət orqanlarının, Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyalarının, Azərbaycan və Çin daşıyıcılarının iştirakı ilə  Simpozium keçirilərək beynəlxalq yük daşımaları zamanı daşıyıcıların qarşılıqlaşdıları çətinliklər, onların aradan qaldırılması yolları, eləcə də daşıyıcılar arasında birbaşa əlaqələrin qurulması məsələləri müzakirə olunub.


Görüş qarşılıqlı anlaşma və dostluq şəraitində keçirlmiş, müvafiq Protokol imzalanmışdır.