“Translogistica Caspian” sərgisi çərçivəsində 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumu

13 Aprel 2026 - 15:28

3 iyun 2026-cı il tarixində “Radisson Hotel Baku”da “Translogistica Caspian” sərgisi çərçivəsində 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumu keçiriləcəkdir.

Forum proqramına iki panel müzakirəsi daxil ediləcək və iştirakçılar üçün sual-cavab sessiyalarına geniş vaxt ayrılacaqdır.

Panel müzakirələrinin mövzuları:
1. Nəqliyyat və logistika təchizat zəncirinin rəqəmsallaşdırılması və innovativ həllərin tətbiqi ( sessiyanın sponsoru Foodcity Agrocomplex)
2. Orta Dəhliz və Transxəzər koridorunun inkişafı və perspektivləri (sessiyanın sponsoru 166 Global)

Deleqat üçün iştirak haqqı 445 AZN təşkil edir. Assosiasiya üzvləri üçün qiymət 378 AZN-dır.
Bu qiymətə 1 günlük iştirak, 1 nahar yeməyi, 2 qəhvə fasiləsi və B2B görüşlər daxildir.