Hörmətli BYD (Carnet-TIR) isdifadəçisi olan ABADA üzvləri!

9 Aprel 2026 - 18:57

BYD kitabçalarının tətbiqi ilə beynəlxalq yük daşımaları haqqında Konvensiyasının (Gömrük Konvensiyası) tələblərinə əsasən:

BYD daşıması BYD proseduruna əməl etməklə yükün göndərmə yeri

gömrükxanasından təyinat yeri gömrükxanasına qədər daşınması deməkdir.

Mülkiyyətinizdə və  digər qanuni hüquqi əsaslarla istifadənizdə və ya icarənizdə olan nəqliyyat vasitəsi ilə daşımalar yerinə yetirərkən, sürücülərin məsuliyyətsizlikləri, digər obyektiv və subyektiv səbəblərdən daşınan yük təyinat məntəqəsinə çatmır. BYD prosedurunun pozulmasına görə şirkətiniz ciddi maliyyə cərimələrinə məruz qala bilərlər.

Belə hallara yol verməmək məqsədi ilə, dəyəcək ziyanın məsuliyyətinin qarşı tərəfdən ödəniləcəyi barədə müddəaların və cərimələrin ödənişlərinin qarşı tərəfin daşına bilən və ya daşınmaz əmlaklarının hesabına təmin olunması öhdəliklərinin müqavilə sənədlərində qeyd olunmasını tövsiyə edirik.

Müqavilə sənədlərində bu müddəaların tətbiqi və tərtibi şirkətinizin gələcəkdə rastlaşa biləcəyi ciddi maliyyə itkilərinin qarşısını ala bilər.