Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) beynəlxalq yükdaşımaları həyata keçirən yerli operatorların nəzərinə çatdırır ki, Monqolustan Milli Yol Nəqliyyatı Assosiasiyası icraçı direktorun 09 yanvar 2026-cı il tarixli, 03 nömrəli əmri ilə xarici nəqliyyat operatorları üçün TIR kitabçalarının (carnet) satış qiymətlərində dəyişiklik edib.
Yeni qaydalara əsasən, Monqolustan ərazisində xarici daşıyıcılara veriləcək TIR kitabçalarının qiyməti aşağıdakı kimi müəyyən edilmişdir:
6 volet (vərəqli) TIR kitabçası: 180 ABŞ dolları
16 volet (vərəqli) TIR kitabçası: 250 ABŞ dolları
Sözügedən tariflər əmrin təsdiq edildiyi tarixdən qüvvədədir. Ödənişlər hesablanarkən Monqolustan Bankının əməliyyat gününə olan rəsmi məzənnəsi əsas götürüləcəkdir.
ABADA olaraq bildiririk ki, bu dəyişikliklər barədə Beynəlxalq Yol Nəqliyyatı Birliyi (IRU) rəsmi qaydada məlumatlandırılıb.