Küveyt istiqamətində TIR daşımaları üçün yeni imkanlar

20 Mart 2026 - 16:18

Küveytin gömrük orqanları məlumat veriblər ki, İraqdan ölkəyə daxil ola biləcək malların siyahısını genişləndirərək, bura tikinti materiallarını da daxil ediblər.

Bu gün gömrüklə söhbət zamanı dəqiqləşdirilib ki, bu tədarüklərin bir hissəsi əvvəllər İran vasitəsilə Mərkəzi Asiyadan daxil olurdu. Bu marşrut indi nəinki mövcud gərginlik səbəbindən, həm də Küveytin hazırkı vəziyyətdə İranla əvvəlki münasibətlərini hələki bərpa etməyəcəyi üçün qeyri-mümkündür.

Beləliklə, Türkiyə – İraq marşrutu yeganə etibarlı alternativ olaraq qalır və bu, yalnız TIR sistemi çərçivəsində mümkündür.

Bizim Küveytlə bu malların ticarətini aparan ölkələr üzrə statistikamız yoxdur, lakin hesab edirik ki, sizləri – bizim TIR üzvlərimizi Küveytin qərarı barədə məlumatlandırmaq və bəlkə də açılan biznes imkanlarından istifadə etmək vacibdir.