12 mart 2026-cı il tarixində Gömrük Məsələləri üzrə Komissiyanın (CAD) növbəti iclası keçirilib. Onlayn formatda baş tutan iclasda dünyanın müxtəlif ölkələrini təmsil edən 54 nümayəndə iştirak edib.
Azərbaycanı tədbirdə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) Baş Katibi Kənan Qurbanov təmsil edib.
İclasda sərhəd-keçid məntəqələrində vaxt itkisinin qarşısını almaq üçün qanunvericilik bazasının təkmilləşdirilməsi və prosedurların sadələşdirilməsi kimi məsələlər müzakirə edilib. Həmçinin 2026-cı ilin strateji planına uyğun olaraq, stateji planlar ətrafında fikir mübadiləsi aparılıb.