Beynəlxalq yükdaşımaların rəqəmsallaşdırılması və logistik dəhlizlərin səmərəliliyinin artırılması istiqamətində mühüm addım atılır. Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA), Qazaxıstan Avtomobil Daşıyıcıları İttifaqı (KAZATO), Dövlət Gömrük Komitəsi (DGK), Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (IRU) və BMT nümayəndələrinin iştirakı ilə keçirilən onlayn görüşdə e-TIR sisteminin tətbiqi geniş müzakirə edilib.
Görüşdə e-TIR sisteminin tətbiqinin yaratdığı imkanlara da toxunulub. Qeyd olunub ki, Azərbaycan gömrük sistemi artıq e-TIR texnologiyasının tətbiqinə başlayıb.
Müzakirələr zamanı elektron TIR texnologiyasından istifadə etməklə pilot daşımaların reallaşdırılması üçün konkret layihələrin tətbiqi yolları müzakirə edilib.
Qeyd edək ki, e-TIR texnologiyasının tədbiqinin daha geniş istifadəsi üçün yaxın vaxtlarda Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) sahə üzrə sertifikatlı müəllimləri bölgələrə ezam ediləcək və tədrislərə start veriləcək.