Vacib məlumat

7 Mart 2026 - 17:02

İran İslam Respublikası və Azərbaycan Respublikası arasında sərhəd -keçid məntəqələrinin bağlanması ilə əlaqədar ABADA da "Qaynar Xətt" məlumat mərkəzi yaradılmış, İran ərazisində çətin vəziyyətdə qalan nəqliyyat vasitələri  araşdırılmış və məlumatlar Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirlikləri ilə paylaşılmışdır.


Sözügedən dövlət qurumlarının gördüyü operativ tədbirlər nəticəsində daşıyıcılarımız ölkəmizə daxil olmağa başlamışlar. Eyni zamanda, 7 mart 2026 -cı il tarixində ABADA İdarə Heyətinin onlayn formatda iclası keçirilmişdir. İclasda mövcud vəiyyət və gələcəkistiqamətlər müzakirə olunmuş , müvafiq təkliflər verilmişdir.
 

Qeyd olunmuşdur ki, Azərbaycan daşıyıcılarıtranzit yüklərin daşınması üçün kifayət qədər potensiala  və "Şimal - Cənub" ,  eləcə də digər istiqamətlərdə beynəlxalq tranzit daşımaları həyata keçirə biləcək imkanlara malikdir.