TIR-EPD barədə yeni məlumat və yeni üzvlər üçün endirmli aksiya!

27 Fevral 2026 - 09:15

M Ə L U M A T

 

Hörmətli ABADA üzvləri!

1. Beynəlxalq avtomobil daşımaları fəaliyyətinin həyata keçirilməsinə “Buraxılış” almış fiziki şəxslərin ABADA üzlüyünə qəbul olunması üçün güzəştlərin tətbiq edilməsi barədə müraciətlərini nəzərə alaraq, 2026-cı il ərzində ABADA üzlüyünə qəbul olunacaq, fiziki şəxslər üçün bir dəfəlik giriş ödənişi 50% azaldılaraq, 750 (yeddi yüz əlli) manat müəyyən edilmişdir.

2. “TIR-Carnet” kitabçasını istifadəsi zamanı, tirepd.iru.org saytına daxil olaraq “TIR-EPD” - “ön bəyanı” doldurmanız mütləqdir.

“TIR-Carnet” sahiblərinə “TIR-EPD” - “ön bəyanı” marşrut boyunca bütün ölkələrə eyni vaxtda elektron şəkildə əvvəlcədən nəqliyyat məlumatlarını pulsuz göndərməyə imkan verən bir sistemdir.

TIR-EPD sistemindən istifadə edərək, gömrük orqanları əvvəlcədən məlumatın səlahiyyətli “TIR-Carnet” sahibi tərəfindən təqdim edildiyinə və “TIR-Carnet”in etibarlı olduğuna əmin olurlar. Ön bəyan məlumat mübadiləsi gömrük keçid məntəqəsinə gəlişdən əvvəl risk təhlilini asanlaşdırır və sərhəd keçidlərini daha asan, təhlükəsiz və daha sürətli edir, xüsusi ilə “Yaşıl dəhliz” sistemində.

İstifadə zamanı, tirepd.iru.org saytına daxil olaraq məlumatırı ön bəyan etməyən daşıyıcılar növbəti “TIR-Carnet” kitabçasını alarkən 02.03.2026-ci il tarixindən etibarən 20% əlavə ödəniş etməli olacaqlar.

P.S. Ön bəyansız nəqliyyat vasitələrinizi marşruta göndərməməyinizi tövsiyə edirik. Məlumatların ön bəyanın sisteminə daxil edilməsində çətinlik olarsa, ABADA-nın TIR şöbəsi zəruri dəstəyi göstərəcəkdir.

ABADA-nın İdarə Heyəti.