18 fevral 2026 il tarixində ABADA-nın İdarə Heyətinin növbəti iclası keçirilmişdir.
İclasda Azərbaycan Respublikası ilə xarici ölkələr arasında həyata keçirilən beynəlxalq avtomobil daşımalarının cari vəziyyəti, milli daşıyıcılarımızın beynəlxalq daşımalar zamanı rastlaşdıqları çətinliklər, ABADA üzvlüyünə qəbulda güzəştlərin tətbiqi və daşıyıcıların narahatlığına səbəb olan digər aktual məsələlər müzakirə edilərək, müvafiq qərarlar qəbul edilmişdir.

