Bu gün Azərbaycanda Gömrükçülərin Peşə Bayramı Günüdür. Gömrük Komitəsi 1992-ci il yanvarın 30-da Dövlət yaradılıb.
Azərbaycanın gömrük sistemi Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasətə uyğun olaraq formalaşmış və inkişaf etmişdir. Ümummilli Lider Heydər Əliyev Azərbaycanın iqtisadi təhlükəsizliyinin qorunmasının və daha da möhkəmləndirilməsinin əsas istiqamətlərindən birini yüksək səviyyəli gömrük xidmətinin yaradılmasında görürdü. Artıq 34 ildir müstəqil gömrük xidməti ölkəmizin təhlükəsizliyi istiqamətində mühüm rola malikdir.
Bu gün Azərbaycanda gömrük xidməti Heydər Əliyev yolunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində dinamik inkişaf edir. Azərbaycan gömrük xidməti dinamik inkişaf edir və yeni, müasir layihələr həyata keçirməklə beynəlxalq standartlara cavab verən nümunəvi təşkilat kimi inamla irəliləyir.
Gömrük xidməti əməkdaşları respublikamızın iqtisadi inkişafına təkan verməklə, ölkənin iqtisadi qüdrətinin artırılmasında, xalqımızın firavan gələcəyinin təmin edilməsi uğrunda Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin yeni uğurlar qazanmasında bütün qüvvə və bacarıqlarını sərf edirlər.