ABADA tövsiyə edir

30 Yanvar 2026 - 17:17

Hörmətli avtomobil daşıyıcıları!

Son vaxtlar Gürcüstan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq, aidiyyəti qurumunun əməkdaşları tərəfindən beynəlxalq avtomobil daşımaları fəaliyyəti ilə məşğul olan xarici ölkələrin nəqliyyat vasitələrinin taxoqraf cihazının (sürücünün iş və istirahət rejiminə riayət edilməsini qeydə alan cihaz) və nəqliyyat vasitəsinin texniki vəziyyəti, beynəlxalq daşımalarla bağlı müvafiq sənədlərə baxılır, digər nəzarət yoxlama tədbirləri həyata keçirilir. Pozuntu aşkar edildiyi təqdirdə müvafiq olaraq  məbləğdə cərimələr yazılır. Daşımalara başlayarkən, qeyd olunan məsələlərə diqqət yetirməyiniz tövsiyə olunur.