Hörmətli Beynəlxalq Avtomobil Daşıyıcıları!

30 Dekabr 2025 - 16:50

Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə ürəkdən

təbik edirəm.

İlk dəfə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qeyd olunmuş bu tarixi gün xarici ölkələrdə məskunlaşıb yaşayan milyonlarla soydaşımızın azərbaycançılıq məfkurəsi ətrafında sarsılmaz birliyinin və Vətənə sədaqətinin rəmzi kimi hər il xalqımız tərəfindən ruh yüksəkliyi ilə bayram edilir.

Bu gün müstəqil Azərbaycan dövləti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan daxili və xarici siyasəti, artan beynəlxalq nüfuzu, iqtisadi və siyası gücü sayəsində yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.

Avropa-Qafqaz-Asiya ölkələri arasında yüklərin beynəlxalq daşınması sahəsində “Şərq-Qərb” , “Şimal-Cənub”, TRACECA və TransXəzər nəqliyyat dəhlizlərinin inkişafını təmin edən ölkəmiz nəhəng tranzit və logistika mərkəzinə çevrilmişdir.

Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası bu beynəlxalq nəqliyyat dəhlizlərində milli avtodaşıyıcılarımızın rəqabətlilik qabiliyyətinin, bazar paylarının və gəlirlərinin artırılması, avtomobil parklarının yenilənməsi və yeni iş yerlərinin açılması üçün daima öz dəstəyini göstərəcəkdir.

Sizə çətin və şərəfli fəaliyyətinizdə uğurlar, cansağlığı, ailənizə xoşbəxtlik və yollarda yaşıl işıq arzulayıram.

Bayramınız mübarək!

 

 

Hörmətlə,

 

Azərbaycan Beynəlxalq

Avtomobil Daşıyıcıları

Assosiasiyasının                                                    Həbib Həsənov

Prezidenti