ABADA dinləyiciləri DIM imtahanında uğur qazanıb

8 Avqust 2025 - 15:34

   Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyanın (ABADA) nəzdində fəaliyyət göstərən tədris kurslarının dinləyiciləri Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün həyata keçirilən imtahandan müvəffəqiyyətlə keçiblər.

   Assosiasiyanın təşkil etdiyi menecer kursları iki aya yaxın davam edib və sahənin yüksəkixtisaslı mütəxəssisləri tərəfindən tədris olunub.