Azərbaycan Respublikasının İqtisadi Şurasının
Sahibkarlıq fəaliyyətinə maneə, çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi Qrupunun müvafiq Altqrupu üzrə hazırlanmış təkliflər
Hörmətli ABADA-nın üzvləri!
ABADA-nın Prezidenti Həbib Həsənov Azərbaycan Respublikasının İqtisadi Şurasının sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırıması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi Qrupunun idxal-ixrac əməliyyatları Alt Qrupunun iclasında iştirak etmiş və baxılması üçün daşıyıcıların problemlərini onların yaratdığı çətinliklər və aradan qaldırılması üçün təkliflər diqqətə çatdırılmışdır. Hal hazırda görülən işlər davam etdirilir.
|
№ |
Problemin aid olduğu sahə |
Problemin yaratdığı çətinliklər |
Problemin aradan qaldırılması üçün təkliflər |
|
1. |
Azərbaycan Respublikasında CMR (Əmtəə-nəqliyyat qaiməsi) sığortasının tətbiq edilməməsi
|
CMR sığortası olmadıqda ixrac və tranzit potensialı zəifləyir: beynəlxalq tərəfdaşlar CMR sığortası olmayan daşıyıcıya etibar etmir. Dövlət fiskal nəzarəti və biznes mühiti zəifləyir, daşıma gəlirləri, malların real dəyəri və hərəkəti izlənilmir. Hüquqi və sığorta təminatı olmayan daşımalarda risk yüksək olur |
“Sığorta fəaliyyəti haqqında” və “Avtomobil nəqliyyatı haqqında” qanunlara əlavə və dəyişikliklər edilməli, CMR ilə beynəlxalq daşıma həyata keçirən hüquqi və fiziki şəxslər CMR sığortası əldə etməlidir. |
|
2. |
Nəqliyyat vasitələrinin köhnəliyi və yenilənməməsi
|
Beynəlxalq avtomobil daşımaları fəaliyyəti ilə məşğul olan şirkətlərin nəqliyyat vasitələrinin köhnə olması və yenilənməməsi idxal-ixrac əməliyyatlarının inkişafına mənfi təsir göstərir, əlavə təmir xərclərinə səbəb olur. Nəticədə daşınma xərcləri artır, mənfəət azalır. |
Vergi güzəştləri tətbiq etməklə maliyyə yükünü azaltmaq, dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsi, gömrük ödənişlərinin azaldılması, subsidiyalar, onların avtoparklarının yeniləmələrinə, sadələşdirilmiş vergi sisteminin tətbiqi gəlirlərin artırılmasına kömək edə bilər. |
|
3. |
Beynəlxalq avtomobil daşımaları sahəsində Gömrük təminatı sisteminin tətbiq edilməməsi
|
Daşıma xərcləri artır, daşıyıcılarımızın rəqabətlilik qabiliyyəti və bazar payı azalır, xarici ölkələrin daşıyıcıları üstünlüyə malik olurlar.
|
Azərbaycan avtodaşıyıcılarının xarici ölkə daşıyıcıları ilə rəqabətlilik qabiliyyətinin artırıması üçün Gürcüstan, İran, Orta Asiya ölkələri (Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Çin Xalq Respublikası, Monqolustan, Əfqanıstan, İraq və.s) ölkələrdə tətbiq olunan 300-400 AZN məbləğində gömrük təminatının Azərbaycanda tətbiq olunması. Eyni zamanda qeyd edirik ki, sözü gedən gömrük təminatının tətbiqi nəticəsində dövlət büdcəsinə əlavə 10 milyonlarla vəsait daxil ola bilər. |
|
4. |
Hüquqi və fiziki şəxslərin, DGK-si tərəfindən BYD sisteminə buraxılması zamanı, obiyektiv səbəblərdən yaranan yubanmaların inzaibati xəta kimi nəzərə alınması |
Sözügedən yubanmaların inzibati xəta kimi nəzərə alınması daşıyıcılarımızı BYD sisteminə buraxılışdan məhrum edir, onlar əksər ölkələrin ərazilərinə daxil ola bilmirlər, eyni zamanda tranzit daşımalardan kənarda qalırlar. |
Gömrük qaydalarını və ya vergi qanunvericiliyini kobud və dəfələrlə pozmayan, qaçaqmalçılıq hərəkətinə yol verməyən, obyetiv səbəblərdən (sərhəd məntəqələrində növbələr, hava şəraiti, nəqliyyat vasitələrinin nasazlığı, İcazə “blanklar”ının verilməməsi və s) təyinat məntəqəsinə vaxtında çatmayan avtodaşıyıcılara münasibətdə, yubanmalar inzibati xəta kimi nəzərə alınmaması. |
|
5. |
Daşıyıcıların BYD (TIR Carnet) Kitabçasından istifadə etməməsi |
Azərbaycanda bir çox daşıyıcı BYD (TIR Carnet) Kitabçasından istifadə etmir, bu da sərhəd keçid proseslərini daha uzun və çətin edir, daşıma xərcləri artır, vaxt itkisinə səbəb olur. |
BYD (TIR Carnet) Kitabçasından istifadə edən daşıyıcılar, gömrük prosedurlarını daha sürətli və asan keçir. Vergidən yayınmaq üçün CMR-lərin dəyişdirilməsi və digər neqativ halların baş verməsinin qarşısı alınır. |