Hörmətli daşıyıcılar,
Rusiya Federasiyasına yeni giriş qaydaları.
Rusiya Hökumətinin 07.11.2024-cü il tarixli, 1510 nömrəli qərarına uyğun olaraq, 30 iyun 2025-ci il tarixindən etibarən Rusiyaya vizasız gələn xarici vətəndaşlar, o cümlədən peşəkar sürücülər, “Госуслуги RuID” tədbiqində qeydiyyatdan keçməli, giriş üçün əvvəlcədən müraciət etməli və ölkəyə daxil olmaq hüququ verən QR kodu almalıdırlar.
Yeni tələblər xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üçün Rusiyaya giriş və çıxış üçün yeni qaydaların və şərtlərin sınaqdan keçirilməsi üçün sınaq kimi qüvvədə olacaq.
Əvvəla, xarici vətəndaş Госуслуги RuID tətbiqində qeydiyyatdan keçməli və şəxsi hesab yaratmalıdır. Bildiriş göndərmək üçün siz foto və şəxsi məlumatlarınızı yükləməlisiniz, həmçinin ölkədə gözlənilən qalma müddətini göstərməlisiniz və belənçi bildiriş gəlişdən ən geci 72 saat əvvəl təqdim edilməlidir. Ərizə təqdim edildiyi gündən 90 gün ərzində etibarlıdır.
Təsdiq edildikdən sonra ərizə xarici vətəndaşın Rusiya sərhədini keçərkən təqdim etməli olduğu QR kodunu yaradacaq və burada ondan biometrik məlumatları təqdim etməsi tələb olunacaq.
Rusiyaya hər yeni giriş, əvvəlki icazələrdən asılı olmayaraq, yeni ərizə tələb edəcəkdir.
Yeni qaydalar Rusiya ilə vizasız razılaşmaları olan dövlətlərin vətəndaşları üçün bütün sərhəd keçid məntəqələrində tətbiq olunacaq.
Bildirişdən azad olunanlar:
- Belarusiya vətəndaşları
- 6 yaşa qədər uşaqlar
- Xarici dövlətlərin Rusiyadakı diplomatik nümayəndəliklərinin və konsulluq idarələrinin diplomatları və əməkdaşları və onların ailə üzvləri
- Rusiyada akkreditə olunmuş beynəlxalq təşkilatların və onların missiyalarının əməkdaşları və onların ailə üzvləri.
Müxtəlif dillərdə ətraflı məlumatı burada tapa bilərsiniz.