
Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyanın (ABADA) nəzdində fəaliyyət göstərən tədris kurslarının dinləyiciləri Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən həyata keçirilən imtahandan müvəffəqiyyətlə keçiblər.
Assosiasiyanın “Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin peşəkarlıq səriştəsinə dair proqramı”na uyğun təşkil etdiyi 02-25 №- li menecer kursları sahənin yüksəkixtisaslı mütəxəssisləri tərəfindən tədris olunub. ABADA olaraq, müəllimlər, Orxan Əfəndiyev, Bəxtiyar Namazov, Elşən Rzayev, Narida Zülfüqarova, Nicat Kərimov, İlkin Bayramov, Amil Orucov, Sevinc Əliyevaya və bütün dinləyicilərə təşəkkür edirik.
Bildiririk ki, kursları uğurla bitirən dinləyicilər Dövlət İmtahan Mərkəzinin və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) sertifikatlarını ala biləcək.
Qeyd: “Avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları fəaliyyətinin operatorunun məsul şəxslərinin və sürücülərin peşəkarlıq səriştəsinə dair” proqramı üzrə və həmçinin “Avtomobil nəqliiaytı ilə təhlükəli yüklərin daşınması” üzrə proqramda iştirak etmək istəyənlər ABADA -nın nəzdində tədris kurslarının rəhbəri Elşən Rzayevlə (+994 55 583 15 15 / 050 218 91 17) əlaqə saxlaya bilərlər.
Qeyd edək ki, 1993-cü ilin noyabr ayından etibarən Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) üzvü olan ABADA-nın təqdim etdiyi sertifikatlar dünyanın 50 üzv ölkə assosiasiyası tərəfindən tanınır. Kursları bitiriən sürücülərin adı isə İRU onlayn akademiyasının siyahısında əks olunur.