2022-ci ilin Mart ayı üçün “İcazə” blanklarının bölgüsünü aparmışdır.
1. Litva ikitərəfli/tranzit, Litva 3-cü ölkə/ölkədən və Qazaxıstan 3-cü ölkə/ölkədən “İcazə”lərinin bölgüsü aparılmamışdır. Bu “İcazə” blankları təqdim edilən təsdiqedici sənədlər əsasında veriləcəkdir.
2. Bölgülər ilə müəyyən edilmiş “İcazə” blanklarının bölgüsü aparılmış ayın sonuncu iş gününədək götürülməyən hissəsi növbəti aya keçməyərək sıfırlanır.
3. Yaxın günlərdə Rusiya 3-cü ölkə/ölkədən “İcazə” blanklarının bölgüsünün aparılacağını nəzərə alaraq, istifadə olunmuş bu növ “İcazə” blanklarının qısa zamanda qaytarılması xahiş olunur.