“Rusiya 3-cü ölkə (İran)” “İcazə” blankları yalnız orjinal “CMR” blankları əsasında verilir

23 Fevral 2022 - 13:51

Məlum olduğu kimi, cari ilin fevral ayının 11-dən başlayaraq “Rusiya 3-cü ölkə (İran)” “İcazə” blankları yalnız orjinal “CMR” blankları əsasında verilirdi.


Hazırda “Rusiya 3-cü ölkə (İran)” “İcazə” blankları xüsusi defisit kateqoriyasından çıxarılaraq bölgü əsasında veriləcəkdir.


Bununla əlaqədar olaraq, daşıyıcılar 25 fevral tarixinədək (25 fevral da daxil olmaqla) yüklənən və Azərbaycan Respublikasının ərazisinə daxil olan nəqliyyat vasitələrinə orijinal “CMR” təqdim etməklə “Rusiya 3-cü ölkə (İran)” “İcazə” blankları üçün müraciət edə bilərlər.


Daşıyıcılara ilk növbədə 22 fevral tarixində dərc olunmuş növbədənkənar bölgünün nəticələrinə uyğun olaraq ayrılmış “Rusiya 3-cü ölkə (İran)” “İcazə” blankları veriləcəkdir. 26 fevral tarixindən sonra yüklənən və Azərbaycan Respublikasının ərazisinə daxil olan nəqliyyat vasitələrinə “CMR” əsasında “Rusiya 3-cü ölkə (İran)” “İcazə” blanklarının verilməsi dayandırılır.