Hörmətli daşıyıcılar,
2025-ci ilin 1 fevral tarixindən Gürcüstanın NCTS sisteminin (T1) 5-ci fazasını tətbiq etməsi ilə bağlı Gürcüstan Maliyyə Nazirliyinin Dövlət Gəlirlər Xidmətinin məlumatını nəzərə almağınız məqsədilə təqdim edirik.
Suallarınız yarandıqda, məktubda göstərilən dəstək telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Eyni zamanda bildiririk ki, tələb olunan sənədlərin əvvəlcədən qarşı tərəfə təqdim olunması, tranzit bəyannamələrinin tərtibi və mallara dair zəmanətin alınması ilə əlaqədar Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən aidiyyəti dəstəyin göstərilməsi nəzərdə tutulmuşdur.
Əlaqələndirici şəxs:
Orxan Bayramzadə (orxan.bayramzade@customs.gov.az, tel: 0124042200 (daxili 0465), mob.: 050 211 13 42).