Hörmətli ABADA üzvləri!
Bildiririk ki, 01 yanvar 2025-ci il tarixindən Rusiya Federasiyası Hökümətinin Qərarına əsasən, xarici vətəndaşların Rusiya Federasiyasında qalma müddəti il ərzində 180 gündən azaldılaraq 90 gün müəyyən edilmişdir.
Qərarın milli daşıyıcılarımız üçün ciddi çətinliklər yaradacağını nəzəra alaraq, əvvəlki müddətin bərpa edilməsi məqsədilə ABADA tərəfindən aidiyyəti tədbirlərin görülməsinə başlanılmışdır.
Problem həll olunanadək, sürücülərə nəzarət etməyi, lüzumsuz olaraq Rusiya ərazisində qalmamağı tövsiyə edirik.