Azərbaycan Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) rəhbərliyi, İdarə heyətinin üzvləri və quruma üzv daşıyıcı şirkətlərin nümayəndələri İkinci Fəxri Xiyabanı ziyarət edib.
Bakı-Qroznı reysini həyata keçirən Azərbaycan Hava Yollarına məxsus təyyarənin vurularaq Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza enişi zamanı həyatını itirən vətəndaşlarımızın əziz xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.