ABADA təkliflərlə çıxış edib

28 Noyabr 2024 - 16:32

    Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə baş tutan görüşdə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasını (ABADA) Baş katibi Kənan Qurbanov təmsil edib.  

   "Şərq Tərəfdaşlığı ölkələri ilə Avropa İttifaqı (Aİ) arasında Dayanıqlı və Rəqəmsal Ticarət marşrutlarının və logistika konsepsiyalarının gücləndirilməsi (EasTnT)" layihəsi çərçivəsində keçirilən görüş bir sıra vacib məsələləri əhatə edib.

   Qurumun baş katibi Qurbanov ticarət marşrutlarının konsepsiyalarının gücləndiriıməsi və sərhəd keçidlərinin effektivliyinin artırılması üçün təkliflərlə çıxış edib. Həmçinin tədbirdə şirkət rəhbərləri V.Məmmədov və E. Binyətov iştirak edib.