Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq perespektivlərini gücləndirir. Bu məqsədlə ABADA rəhbərliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndələri arasında işgüzar görüş keçirilib.
Görüşdə avtomobil nəqliyyat vasitələrinin dəmir yolu ilə daşınması üzrə yeni layihənin müzakirələri aparılıb.